Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14.01.2026

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çeçenistan rəhbəri Ramzan Kadırov səhhətinin ağır olması və guya xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlara münasibət bildirib. O, hazırda xəstəxanada olmadığını açıqlayıb.

BAKU.WS xəbər verir ki, Kadırovun iştirakı ilə çəkilən video Çeçenistan Prezident Administrasiyasının keçmiş rəhbəri İbrahim Zaqriyev tərəfindən "Instagram" sosial şəbəkəsində paylaşılıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Ibragim Zakriev (@za_kra_zakriev)

Videoda Ramzan Kadırov Qroznı şəhərində avtomobil idarə edərkən görünür və şəhərdə aparılan dəyişikliklərdən danışır. Çıxışı zamanı o, zarafatla "Deməyi unutdum ki, mən xəstəxanada deyiləm" deyə qeyd edib.

Kadırovun böyrək çatışmazlığı səbəbilə hospitalizasiya edilməsi ilə bağlı məlumatlar Ukrayna mediasında yayılmışdı. Bu iddialara münasibət bildirən Çeçenistan rəhbəri Ukrayna xüsusi xidmət orqanlarının zəif işlədiyini deyib.

"Deyirlər ki, guya böyrəklərim fəaliyyətini dayandırıb, xəstəxanadayam və mənim üçün Moskvadan özəl klinikadan həkimlər gətirilib. Reallıqda isə mən şəhər boyu avtomobillə hərəkət edirəm", – deyə Kadırov videoda bildirib.

Xatırladaq ki, 2026-cı ilin yanvar ayının əvvəlində Ramzan Kadırov ictimaiyyət qarşısında əlində əsayla görüntülənmişdi. Həmin kadrlar Açxoy-Martan rayonunun Yeni Şaroy kəndində hafizlər məktəbinin açılışı zamanı lentə alınmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью