Kadırov Trampa meydan oxudu Görək, o necə kişidir Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

05.12.2024

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çeçenistan lideri Ramazan Kadırov ABŞ-nin yeni prezidenti seçilən Donald Trampı hədəfə alıb və ikisi arasında gərginliyə səbəb ola biləcək açıqlamalar verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, o, açıq-aşkar Trampa meydan oxuyub və ABŞ liderinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı vədini diqqətə çatdırıb.

"Tramp 24 saat ərzində müharibəni dayandıracağına söz verdi. Görək o, necə kişidir". - deyə Kadırov qalmaqallı açıqlama verib.

Tramp hələ ki, Çeçenistan liderinin sözlərinə cavab verməyib.

Lakin Kadırovun təxribat xarakterli açıqlamalarına görə ikili arasında gərginliyin artacağı təxmin edilir.

Mikayıl

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью