Kadırov Türkiyə və Ukraynanı ittiham etdi

09.04.2025

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ramzan Kadırov yerli sakinin bıçaqla polis əməkdaşlarına hücumuna görə  Türkiyə və Ukrayna hədəfə alıb.

Milli.Az xəbər verir ki, Çeçenistan rəhbəri "Teleqram" kanalında yazıb:

"Onun hərəkətlərini idarə edənlərin də şəxsiyyəti müəyyən edilib. Bəzilərini Türkiyədədir və hərəkətlərini Ukrayna vətəndaşı yönəldir".

Kadırov ekstremizm və terrorizmə qarşı qabaqlayıcı tədbirlərin gücləndirilməsi barədə göstəriş verib:

"Nəzarət tədbirləri gücləndirilib, informasiya axınlarının ətraflı təhlili, o cümlədən şəbəkədə radikallaşmaya kömək edə biləcək dağıdıcı məzmunun monitorinqi aparılır".

Xatırladaq ki, aprelin 8-nə keçən gecə Açxoy-Martanda yerli sakin patrul əməkdaşlarına hücum edərək onları bıçaqlayıb. Polis əməkdaşlarından biri dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına qəsd (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 317-ci maddəsi) ilə cinayət işi açılıb. (Yenisabah.az)
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью