Kadırov Ukrayna xalqına müraciət edib

06.12.2025

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Çeçenistan rəhbəri Ramzan Kadırov öz Telegram kanalında Groznıda çoxmərtəbəli binaya PUA hücumundan sonra videomüraciət yayıb.

Teleqraf xəbər verir ki, Kadırov müraciətdə Ukrayna xalqını müharibəyə qarşı səsini ucaltmağa çağırıb.

Onun sözlərinə görə, Kiyev rəhbərliyi ukraynalı uşaqları ölümə aparır.

“Sizi tək-tək məhv edirlər. Hamınız çıxın və sözünüzü deyin. Övladlarınızı öldürürlər, məhv edirlər. Ona görə də çıxın və öz sözünüzü deyin”*, – Kadırov bildirib.

Kadırovun müraciəti Groznıdakı “Grozny City” kompleksinə dron hücumundan sonra yayımlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью