Kadırov ukraynalı hərbçilərin öldürülməsi ilə bağlı GÖRÜNTÜ PAYLAŞDI Xəbər saytı Son xəbərlər və Hadisələr

15.11.2024

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Silahlı Qüvvələrinin (USQ) əsgərlərinin öldürülməsini əks etdirən video yayımlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə o, "Telegram" kanalında paylaşım edib.

Görüntü Sum vilayətinin Çernatskoye kəndi yaxınlığında çəkilib. Kadrlarda meşə zolağında yerləşən Ukrayna əsgərlərinin dayaq nöqtəsi görünür. Ukrayna ordusunun mövqelərini aşkar etmək pilotsuz uçuş aparatları (dronlar) vasitəsilə mümkün olub.

Mövqelər aşkar edildikdən sonra onun həmin əraziyə artilleriya atəşi açılır.

Çeçenistan rəhbərinin qeyd etdiyinə görə, dayaq nöqtəsi minaatanlarla yanaşı, FPV-dronlar tərəfindən də hücuma məruz qalıb. Kadırov, rus əsgərlərinin hərəkətlərini "əla" qiymətləndirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью