Kadırov Zelenskini hədələdi: Bu 4 yaralıya görə 400 ukraynalı öldürəcəyik

12.12.2024

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən gecə Çeçenistanın paytaxtı Qroznı şəhərində Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis alayının kazarmasında pilotsuz uçan aparatın məhv edilməsi zamanı 4 hərbçi yaralanıb.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, bunu respublika başçısı Ramzan Kadırov Teleqram kanalında yazıb

"Qvardiyanın 4 hərbçisi yüngül xəsarət alıb. Həmin vaxt növbətçi heyət bu cür hücumlardan qorunan ərazilərdə olub", - Çeçenistan rəhbəri bildirib.

Kadırovun sözlərinə görə, havada partlayan pilotsuz təyyarə damı zədələyib, pəncərələri sındırıb: “Bina ciddi ziyan görməyib. Ukrayna nasist komandanlığı xüsusi əməliyyatın nəhəng nəticələri barədə Qərb ağalarına hesabat versə, təəccüblənmərəm. Belə pafoslu hərəkətin yeganə mənası budur”, - deyə o bildirib.

“Çeçenistan Respublikasından olan bölmənin 84 min könüllü və döyüşçüdən ibarət ehtiyat qüvvəsi birinci əmrlə cəbhə xəttinə keçməyə hazırdır. Biz bunu belə buraxmayacağıq! Biz isə sırf bu 4 yaralıya görə 400 ukraynalı öldürəcəyik”, - Kadırov əlavə edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью