Kadırovdan İLGİNC SÖZLƏR: “Mən artıq gülmürəm gözləyirəm, baxıram, yadda saxlayıram” KONKRET

31.07.2025

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Çeçenistan rəhbəri Ramzan Kadırov ciddi açıqlama ilə çıxış edib.

KONKRET.az xəbər verir ki, o bildirib ki, hazırkı dövrdə ciddi yanaşma və maksimum diqqət tələb olunur.

“Düşmənlər hələ də planlar qurur, intriqalar toxuyurlar. Amma biz – çeçenlər – sarsılmaz və əyilməz qalırıq,” – deyə Kadırov vurğulayıb.

O, uzun müddətdir gülmədiyini də xüsusi qeyd edib:
“Siz məni çoxdan gülərkən görməmisiniz. Mən gülmürəm – gözləyirəm. Baxıram. Yadda saxlayıram.”

Kadırovun sözlərinə görə, düşmənlər onlara “ikrah və qəzəblə” baxır, lakin bu vəziyyət çeçen xalqının iradəsini sarsıda bilməz.

Natiq Səlim,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью