Kadırovdan istefa xəbərləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA: “Bundan sonra da…” KONKRET

27.05.2025

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çeçenistan lideri Ramzan Kadırov istefa niyyəti və səhhəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

KONKRET.az xəbər verir ki, o, “Telegram” kanalında paylaşım edərək yaxın vaxtlarda istefa vermək istədiyini açıqladığını, lakin Rusiya Prezidenti Vladimir Putinin bu istəyi qəbul etmədiyini bildirib. Kadırov qeyd edib:

“Hələ işləyirik. Ali Baş Komandanın əmrindəyik.”

Səhhəti ilə bağlı yayılan şayiələrə toxunan Kadırov ölümcül xəstəlik iddialarını təsdiqləməyib.

“Haqqımda çox şayiə yayılıb – guya ölürəm, yeriyə bilmirəm. Amma xəstəlik və ölüm hər kəsin sonudur. Nə qədər yaşayacağımı yalnız Allah bilir,” – deyə o vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью