Kadırovun dəhşətli qəzası: Ölən polkovnik nazirin qardaşı oğludur Foto

24.01.2026

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Qroznı kənarı avtoyolda Ramzan Kadlrovun oğlu Adam Kadırovun idarə etdiyi avtomobil ağır qəzaya düşüb. A.Kadırov ağır yaralanıb, onun yanında əyləşən Apti İrasxanov isə həlak olub.

Bakupost.az xəbər verir ki, rəsmi mənbələr maşını Apti İrasxanovun sürdüyü, Adam Kadırovun isə ciddi xəsarət almadığını iddia edib.

Buna baxmayaraq, sosial şəbəkələrdə avtomobili Adam Kadırovin idarə etdiyi vurğulanır.

Ölən Apti İrasxanov isə polkovnikdir, Adam Kadırovun mühafizə xidmətinin rəisidir, eyni zamanda, Çeçenistan daxili işlər naziri Aslan İrasxanovun qardaşı oğludur.

Qeyd edək ki, Adam Kadırovun təcili olaraq təyyarə ilə Moskva xəstəxanalarından birini aparıldığı haqda məlumat yayılmışdı. Onun hazırda vəziyyətinin necə olduğu açıqlanmır.

Asena,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью