Kadırovun oğlu 10 gün ərzində iki medalla təltif olundu KONKRET

21.05.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam Kadırov son 10 gün ərzində iki müxtəlif medal alıb. O, Rusiya Milli Qvardiyasının inkişafında “xüsusi xidmətlərinə görə” “Axmat-Krepost” medalı ilə təltif olunub.

KONKRET.az xəbər verir ki, məlumata görə, mükafatı ona “Axmat-Krepost” xüsusi təyinatlı dəstəsinin komandiri Əbdülkərim Kadırov təqdim edib.

Xatırladaq ki, bundan öncə – mayın 12-də Adam Kadırov “Axmat-Qroznıy” xüsusi təyinatlı dəstəsinin yaradılmasının 25 illiyi münasibətilə yubiley medalı ilə də mükafatlandırılmışdı.

Natiq Səlim,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью