Kadırovun oğlu “Axmat”ın Prezidenti vəzifəsindən istefa verib

23.07.2025

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

Çeçenistan rəhbəri Ramzan Kadırovun böyük oğlu, 19 yaşlı Axmat Kadırov “Axmat" futbol klubunun prezidenti postunu tərk edib. 


Missiya.Az xəbər verir ki, bu barədə çeçen futbol komandasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Axmat” futbol komandasının yeni Prezidenti Yakub Zakriyev təyin edilib.

Qeyd olunub ki, Zakriyev 2017-ci ilin əvvəlindən klubun vitse-prezidenti vəzifəsini tutub və komandanın fəaliyyətində fəal iştirak edib.

Daşqın Həsənov

Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью