Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Serbiya hakimiyyəti Çeçenistan lideri Ramzan Kadırovun ikinci oğlu Əli Kadırova vətəndaşlıq verib.
“AzPolitika” xəbər verir ki, bu barədə Aleksey Navalnının yaratdığı müxalif Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) məlumat yayıb. Məlumatda deyilir ki, Kadırovun oğlunun adı Serbiyanın rəsmi dövlət reyestrində yer alır.
Qeyd olunur ki, Əli Kadırov 2025-ci ilin iyul ayında Serbiya pasportu alıb. O zaman onun 18 yaşı var idi. Sənəd ona uydurma Əli Musayev adı altında "xüsusi xidmətlərinə görə” verilib. FBK-nın məlumatına görə, Ə.Kadırobv bu addan uzun illərdir şəxsi təyyarələrlə xaricə səyahət etmək üçün istifadə edir.
"Agentstvo" nəşrinin məlumatına görə, 2025-ci ilin yanvar ayında Əli Kadırov rəsmi olaraq soyadını Musayev soyadına dəyişdirib və beş ay sonra Serbiya vətəndaşlığını alıb.
FBK-nın məlumatına görə, Serbiya Rusiya elitasından digər bəzi şəxslərə də vətəndaşlıq verib. Onlarına arasında "Rusiya Vertolyotları" holdinq şirkətinin rəhbəri Nikolay Kolesov və onun qohumları, eləcə də MMA döyüşçüsü, "Vahid Rusiya"nın üzvü Fyodor Yemelyanenko da var.
FBK Serbiya hakimiyyətinə Kadırovun oğlunun Serbiya pasportunun əlindən alınması tələbi ilə ərizə təqdim edib.
Rusiya ilə Ukrayna arasında müharibənin başlamasından bəri Serbiya rusiyalılar üçün populyar bir məkana çevrilib. Serbiya pasportu Rusiyaya və Avropa İttifaqına vizasız səyahət etməyə imkan verir.
2026-cı ilin əvvəlində Çeçenistanın keçmiş kənd təsərrüfatı naziri, Ramzan Kadırovun qardaşı oğlu Yakub Zakriyevin Serbiya vətəndaşlığını aldığı açıqlanmışdı. Bu fakt medianın diqqətini cəlb etdikdən qısa müddət sonra Serbiya hakimiyyəti Zakriyevə vətəndaşlıq vermək qərarını ləğv etdi.
Qeyd edək ki, Çeçenistan hökluməti Kadırovun oğluna Serbiya vətəndaşlığı verildiyi barədə məlumatı təkzib edib.
“AzPolitika.info”