Kadırovun oğluna daha bir orden verildi

04.12.2024

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çeçenistan rəhbərinin təhlükəsizlik xidmətinin rəhbəri Adam Kadırov əbədi saxlanması və taxılması üçün imamət naibi Baysanqur Benoyevskinin ordeni ilə təltif edilib. 

"Unikal" xəbər verrir ki, Çeçenistan rəhbərinin oğlu artıq dəfələrlə digər mükafatlara da layiq görülüb.

Adam Kadırov respublika parlamentinin ən yüksək ordeni “Vətənin şərəfi”nə, “Kabardin-Balkar Respublikası qarşısında xidmətlərinə görə”, “Qaraçay-Çərkəz Respublikası qarşısında xidmətlərinə görə”, eləcə də Tatarıstanın ikinci ən mühüm ordeni “Dostluq” ordeninə layiq görülüb. 

Kadırov  Quranı yandırdığına görə məhbusun döyülməsindən sonra ona medallar verilməyə başlanıb.

Bundan əlavə, Adam Kadırov Rusiyanın Əmək Şücaəti ordeni və Avrasiya Universitetlər Assosiasiyasının medalı ilə təltif edilib. Eyni zamanda, gənc oğlan 16 yaşında atasının təhlükəsizliyinə rəhbərlik etdiyi üçün Rusiyanın Rekordlar Kitabına daxil edilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью