Kadırovun qəzaya düşən oğlu “dirildi”... VİDEO

11.02.2026

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ramzan Kadırovun varisi sayılan oğlu Adam Kadırov qəza xəbərlərindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

“AzPolitika” xəbər verir ki, ötən axşam Ramzan Kadırov öz “Telegram” kanalında Adam Kadırovun iştirak etdiyi video paylaşıb. Bu, Kadırovun oğlunun qəzaya düşməsi və xəstəxanaya yerləşdirilməsi barədə xəbərdən bəri ilk dəfə ictimaiyyət qarşısına çıxmasıdır.

Videoda Kadırovun köməkçisi Vismurat Əliyevlə birlikdə yemək yedikləri görünür. Video, Çeçenistan liderinin özü tərəfindən çəkilib. Adam kameraya görünəndə Ramzan onu rus dilində "dirilmiş" adlandırır.

Bundan bir gün əvvəl Ramzan Kadırov qəza ilə bağlı ilk dəfə şərh verərək onu "saxta xəbər" adlandırmışdı.

Adam Kadırovun yanvar ayında Qroznıda qəzaya düşdüyü iddia olunurdu. Bildirilirdi ki, qəza ilə bağlı xəbərlərdən sonra Rusiya Fövqəladə Hallar Nazirliyinin An-148 təyyarəsi iki dəfə Qroznıya uçub. İlk uçuş zamanı təyyarə Çeçenistan liderinin oğlunu Moskvaya aparıb. Kadırovun öz təyyarəsinin də qəza günü paytaxta yola düşdüyü haqda məlumat yayılmışdı.

“AzPolitika.info”


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью