Kadırovun varisini müəyyənləşdirmək uğrunda “döyüş” gedir KİV

23.11.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Rusiya mətbuatı yazır ki, Ramzan Kadırovun mümkün varisi uğrunda Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ilə Rusiya prezident administrasiyası arasında “döyüş” gedir.
Yeniavaz.com
xəbər verir ki, “Важные истории”in mənbələr istinadla yaydığı məlumata görə, sözügedən varislərdən biri FSB-nin hazırkı zabiti, digəri isə Şimali Qafqazda çalışmış keçmiş kəşfiyyatçıdır.
Bildirilir ki, Moskvada Çeçenistan liderinin varisi uğrunda döyüş Kadırovun ağır xəstəliyi ilə bağlı xəbərlər fonunda gedir.
Qeyd edək ki, Ramzan Kadırovun xəstəliyi ilə bağlı təsdiqlənməmiş xəbərlər 2019-cu ildə yayılıb. Keçən ay 49 yaşı tamam olan Kadırov səhhətinin pisləşməsi ilə bağlı xəbərləri təkzib etsə də, Çeçenistan lideri görünüşündə, danışığında və hərəkətlərində müşahidə olunan dəyişikliklərlə bağlı susur.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью