Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Mənim səsləndirdiyim fikir kimlərisə hədəf almaq üçün deyil, ümumi idarəetmə keyfiyyətinin yüksəldilməsinə xidmət edən mövqedir” Bu sözləri Gununsesi.info-ya Milli Məclisin deputatı Razi Nurullayev deyib.
O bildirib ki, son illərdə ölkədə bu proses gedir, ancaq daha da sistemli olmalıdır: “Doğrudur, son illərdə ölkədə kadr islahatları aparılır, gənc və peşəkar mütəxəssislər irəli çəkilir.
Bu, müsbət prosesdir və bunu danmaq olmaz. Ancaq düşünürəm ki, bu proses daha sistemli, şəffaf və dərin olmalıdır”,- deyə o bildirib.
Nurullayev o cümlədən deyib: “Mən konkret olaraq bir neçə istiqaməti vacib hesab edirəm.
Birincisi, vəzifələrə təyinat zamanı şəxsi münasibətlərə yox, real peşəkarlığa, idarəetmə bacarığına və nəticəyə görə məsuliyyət prinsipinə üstünlük verilməlidir.
İkincisi, məmurların fəaliyyəti üçün ölçülə bilən göstəricilər müəyyən olunmalı, işləməyən, cəmiyyətlə ünsiyyət qura bilməyən, vətəndaş narazılığı yaradan şəxslərlə bağlı qərarlar açıq və gecikmədən verilməlidir.
Üçüncüsü, regionlarda idarəetmə xüsusi diqqət tələb edir. Bəzi yerlərdə hələ də köhnə idarəçilik üslubu qalır – qapalı, formal və vətəndaşda