Kafe sahibini qarət edənlər saxlanıldı

03.06.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, Nəsimi rayonunda oğurluq hadisəsi baş verib. Zərərçəkən polisə müraciət edərək ona məxsus kafedən 600 manatın talandığını bildirib.


Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M. Qədirli və V. Nəsirov müəyyən edilərək saxlanılıblar.
Araşdırmalar davam etdirilir.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью