Kafe yandı

05.01.2025

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Masallı şəhərində ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli obyektin birinci mərtəbəsində sahəsi 180 m² olan kafenin yanar konstruksiyaları və içərisində olan əşyalar 105 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью