Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Tovuzda bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində yerləşən kafelərin birində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Elşən Bağırov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Əraziyə cəlb edilən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Düz Qırıqlı kənd sakini, 1998-ci il təvəllüdlü Yusib Kərimov saxlanılıb.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Yunis Quliyev