Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Ağdaş rayonunda 1986-cı il təvəllüdlü Abbas sərxoş vəziyyətdə həmkəndlisi Vaqif (adlar şərtidir – red.) dava edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin oktyabrın 28-də baş verib. Abbas həmin gün saat 19 radələrində Vaqifin işlətdiyi kafedə həmkəndlisi Oruc ilə birlikdə spirtli içki qəbul edərkən aralarında mübahisə mübahisə yaranıb. Bu zaman söyüşlər işlətmələri səbəbi ilə Vaqif onlara irad bildirib və kafedən getmələrini tələb edib.
Bundan sonra Oruc kafeni tərk etməsinə baxmayaraq, Abbas oradan getməyib. Vaqifin onun qolundan tutaraq kafedən çölə çıxarmaq istəyib. Bu vaxt Abbas Vaqifin ünvanına nalayiq söyüşlər söyüb, onun üzərinə hücum çəkib. O, stolun üstündən götürdüyü fıncanı Vaqifin başından vurub. Həmçinin Abbas kafedə olan masanın üzərində olan süfrəni çəkərək yerə atıb. Bununla da masanın üzərində olan 2 ədəd çaynik, 13 ədəd armudu fincan, 15 ədəd nəlbəki və 4 ədəd boşqab yerə düşərək sınıb. Kafe sahibinə 40 manat məbləğində ziyan dəyib.
Hadisəni törədən Abbasın barəsində Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa zərər vurma)və 221.3-cü (silah və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq törətmə, zor tətbiqi və əmlaka zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.
İş üzrə ifadə verən Abbas ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Vaqiflə qonşu olmaqla münasibətləri yaxşı olub: “Vaqif yaşadığım evin həyətyanı sahəsində küçəyə birləşən hissədə kafe işlədir. Mən hərdən ərzaq alaraq özüm ilə kafeyə aparmışam, aldığım ərzaqla spirtli içki qəbul etmişəm. Oktyabrın 28-də, saat 18 radələrində pomidor və çörək alaraq spirtli içki qəbul etmək üçün Vaqifin işlətdiyi kafeyə getdim. Həmin vaxt kafedə məndən başqa heç kim olmayıb. Kafedə spirtli içki qəbul etməyə başladım. Bir müddət sonra Oruc adlı həmkəndlim kafeyə gəldi və mənim yanımda oturaraq birlikdə spirtli içki içməyə başladıq”.
Abbas qeyd edib ki, daha sonra Orucla aralarında sözlə mübahisə baş verib: “Kafedə səs-küy yaratdığımız üçün Vaqif bizə yaxınlaşaraq kafedən getməyimizi bildirdi. Həmin vaxt Oruc getdi. Amma mən getməkdən imtina etdim. Buna görə də Vaqif qolumdan tutaraq məni bayıra çıxartmaq istədi. Mən onun bu hərəkətin əsəbləşdim və əyləşdiyim masanı çəkərək yerə yıxdım. Nəticədə bir neçə ədəd çaynik, armudu fincan, nəlbəki və boşqab yerə töküldü və hamısı qırıldı. Bundan sonra Vaqif qolumdan tutaraq məni bayıra çıxarmağa davam etdi. Mən də qapının sol tərəfində divara bərkidilmiş masanın üzərində olan şüşə fincanı götürərək onun baş nahiyəsinə vurdum. Bundan sonra Vaqif məni kafedən bayıra çıxardı və qapını arxa tərəfdən bağladı. Spirtli içki təsiri altında olduğuma görə sonradan nə baş verdiyini xatırlamıram”.
Ağdaş Rayon Məhkəməsinin hökmü ilə Abbas 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin edilməyib.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin oktyabrın 28-də baş verib. Abbas həmin gün saat 19 radələrində Vaqifin işlətdiyi kafedə həmkəndlisi Oruc ilə birlikdə spirtli içki qəbul edərkən aralarında mübahisə mübahisə yaranıb. Bu zaman söyüşlər işlətmələri səbəbi ilə Vaqif onlara irad bildirib və kafedən getmələrini tələb edib.