Kafedə musiqi sifarişi üstündə DAVA | Icma.az
Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sumqayıt şəhərində 1994-cü il təvəllüdlü Əfqan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Nicata xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 15 noyabr 2024-cü ildə Bakı-Quba yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin ərazisindən keçən hissəsində baş verib.
Ağdaş rayon sakini Əfqan qəsəbədə yerləşən “Qızlar bulağı” kimi tanınan kafenin arxa tərəfindəki ağaclıq ərazidə Nicatla mübahisə edib.
Onların mübahisə etməsinə səbəb “Qızlar bulağı” kimi tanınan kafedə musiqi sifarişi yerinəyetirmədiyinə görə baş verib.
Mübahisə zamanı Əfqan Nicatı döyərək ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Tam oxu
Xəbəri oxu