Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda kafedə qətl törətməkdə təqsirləndirilən əvvəllər məhkum olunmuş Təbriz Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs işinin ibtidai istintaqa qaytarılmasını istəyib.
Dövlət ittihamçı vəsatət qaldıraraq bu istəyə etiraz edib və deyib ki, şahidlər ifadə vermədiyi təqdirdə yeni ifadənin verilməsi onlara təsir göstərə bilər: "Obyektivlik baxımından bu düzgün sayılmaz.
Şahidlər ifadə verdikdən sonra bu məsələyə münasibət bildiriləcək". Zərərçəkənin hüquqi varisi bu vəsatətlə razılaşıb.
Dövlət ittihamçısının vəsatəti təmin olunub. Növbəti proses sentyabr ayının 12-nə təxirə salınıb.
Qeyd edək ki, hadisə 2024-cü ilin oktyabrın 13-də saat 22 radələrində paytaxtın Yasamal rayonu ərazisində baş verib.
1987-ci il təvəllüdlü Azər İbrahimovu kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Təbriz Həsənov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən edilib.