Kafedə qarşılaşdığı xoşagəlməz hadisəni bölüşdü Biabırçılıqdır

22.11.2026

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aparıcı Xoşqədəm Hidayətqızı getdiyi kafedə qarşılaşdığı hadisədən narazılığını bildirib.

Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədəki canlı yayımı zamanı başına gələn hadisəni izləyiciləri ilə bölüşüb.

Xoşqədəm kafeyə gedərək oturduğunu, lakin ona qəhvə verilmədiyini söyləyib. Səbəb kimi isə aparatın işləmədiyi göstərilib. Aparıcı isə qəhvənin yalnız aparmaq üçün təqdim olunmasına etiraz edib.

“Biabırçılıqdır, deyir aparat işləmir. Deyir, amma götürüb aparmağa verə bilirik. Bu, necə olur? Aparat işləmirsə, bizə necə götürüb aparmağa qəhvə verirlər, amma burada oturub içməyə yox?” deyə, Xoşqədəm Hidayətqızı narazılığını ifadə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью