Kafedra müdiri həbs edildi Abituriyentdən 5 min dollar istəyib

19.08.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

İrəvan Dövlət Universitetinin Tarix fakültəsinin Ermənistan tarixi kafedrasının müdiri rüşvət almaqda ittiham olunaraq ev dustaqlığına göndərilib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

İstintaqın versiyasına görə, kafedra müdiri abituriyentin universitetə maneəsiz qəbulunu təmin etmək müqabilində 5 min ABŞ dolları tələb edib.

Aparılan danışıqlardan sonra isə rüşvətin məbləğinin 4 min dollara endirildiyi bildirilir.

İstintaq orqanı kafedra müdirinin bu vəsaiti abituriyentin universitetə qəbuluna köməklik göstərilməsi müqabilində tələb etdiyini iddia edir.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, İrəvan Dövlət Universitetinin rəsmi məlumatlarında Ermənistan tarixi kafedrasına rəhbərlik edən şəxsin universitetin Tarix fakültəsində fəaliyyət göstərdiyi təsdiqlənir

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью