Kafu: O, bütün zamanların ən yaxşı oyunçusu deyil

16.02.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kafu Kriştiano Ronaldonu tarixin ən yaxşı futbolçusu hesab etmir.

İdman.biz xəbər verir ki, Braziliya millisinin keçmiş müdafiəçisi özünü bütün dövrlərin ən yaxşısı adlandıran 40 yaşlı portuqaliyalının sözləri ilə razılaşmayıb.

Düzdür, Kafu Kriştianonun fenomen olduğunu etiraf edərək sözlərinə belə davam edib: “Amma o, bütün zamanların ən yaxşı oyunçusu deyil. Bütün tarixdən danışsaq, Maradona, Pele, Platini, Frans Bekkenbauer və Qarrinçanın adlarını çəkməliyik. Söhbət əla futbolçulardan gedir. Ronaldo altı-yeddi il ərzində ən yaxşı idi. Lakin tarixin ən yaxşılarından danışarkən ondan daha yaxşı oynayan futbolçuları da nəzərə almalıyıq".

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью