Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Lionel Messi Argentina millisinin DÇ-2026-nın finalında İspaniyaya qarşı keçirdiyi oyunda meydana çıxıb.
Futbolpress.az xəbər verir ki, 39 yaşlı hücumçu dünya çempionatlarında üç final oynayan ikinci futbolçu kimi tarixə düşüb. Messi 2014, 2022 və 2026 mundiallarında həlledici qarşılaşmada forma geyinib.
Bundan əvvəl braziliyalı keçmiş futbolçu Kafu bu göstəriciyə nail olub. O, 1994, 1998 və 2002-c illərdə dünya çempionatında final oynayıb.