Kağız kitabı dövrü qürub edir, o boyda kitabxana kimə lazımdır?! Tanınmış jurnalist

23.01.2026

Icma.az bildirir, Bakupost portalına istinadən.


Kağız jurnalistikası, kağız ədəbiyyatı, ümumiyyətlə, ifadə caizsə, kağız kitabı dövrü öz qürubunu yaşayır. Nə qədər ağır olsa da, bu həqiqəti qəbul etməyə, reallıqla barışmağa məhkumuq.

Bakupost.az xəbər verir ki, bunu tanınmış jurnalist Mehman Cavadoğlu APA-ya geniş müsahibəsində deyib.

İsmayıllıdakı ata evində çox zəngin kitabxanası olduğunu deyən Mehman Cavadoğlu bildirib ki, orada qadağan olunmuş kitabları var idi:

"Bir otaq və qarşısındakı şüşəbəndli balkon başdan-başa kitab şkafları və rəfləridir. Birini 100-150 manata aldığım kitablar var idi. Söhbət sovet dövrünə qadağan olunmuş kitablardan gedir. Bu kitabların bəziləri xaricdən gizli yolla gətirilirdisə, bəziləri bolşevik inqilabından əvvəl, bəzilərisə sovetin ilk illərində nəşr olunmuş, amma sonradan qadağan edilmiş kitablar idi. Kitab alveriylə məşğul olan xüsusi adamlar var idi onlardan, bəzən də “Bukinist”dən alırdıq. Belə nadir kitablardan birini Aqil Abbas mənim toyuma salmışdı. İndi də rayondakı bəzi qohum və dostlarım onu televizorda görəndə deyir ki, Mehmanın toyuna kitab salan oğlan danışır.

Bütün bunları ona görə danışıram ki, indi deyəcəklərimə görə məni qınamasınlar. Biz artıq kitab, daha doğrusu, ifadə caizsə, kağız kitab və yaxud kağızda kitab dövrünün sonunun çatması faktıyla barışmalıyıq. Əgər indi mənim kitabxanamdakı qədər kitabı bir neçə fləşkarta yazıb cibdə gəzdirmək mümkündürsə və yaxud istədiyin mətni cibindəki telefonda tapıb oxuya bilirsənsə, o boyda kitabxana kimə lazımdır?!"


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью