Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Dünyada və ölkəmizdə telefon və ya kartla ödəniş halları artıb.
Nağdsız ödənişlərin rahat və tez həyata keçməsi insanların gündəlik həyatını əhəmiyyətli dərəcədə asanlaşdırıb.
Bəs nağdsız ödənişlərin artması kağız pulların dövriyyəsinə necə təsir edir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov kağız pulların getdikcə dövriyyədən çıxacağını və bu prosesin uzun bir müddət ərzində baş verəcəyini bildirdi.
"Kağız pullar getdikcə dövriyyədən çıxarılacaq. Bu, bir zaman məsələsidir, yaxın 5-10 ilin məsələsi deyil.
Uzaq dövrə aid olan bir proqnozdur ki, məhz tədricən nağdsiz ödənişlərin həcmi getdikcə artacaq, nağd ödənişlərin həcmi azalacaq.
Bu dinamika uzun müddət davam etdikdən sonra nağd ödənişlər isə minimuma enəcək. Amma bunun üçün xeyli zaman lazımdır".
Eyni mövzuda çıxış edən iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, kağız pulların dövriyyəsi nə qədər azalsa da, ona ehtiyac var.