Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bahəddin Həzi "Darıxan şeirlər", "Karantin boşluğu", "Yoxluğun cazibə qüvvəsi", "Bir dünya var". Bu kitablarını oxumuşdum.
Ruhuma simsar, ürəyimə yaxın bilmişdim ordakı şeirləri. Mən ədəbiyyatşünas deyiləm, ədəbi tənqidçi deyiləm. Ədəbi... tərifçi heç deyiləm.
Mən sıradan bir poeziya oxucusuyam bu anda. Fikirlərimi, təəssüratlarımı da oxucu kimi bölüşürəm. Hələ uşaqlıqdan ədəbiyyat vurğunuyam.
İllah da poeziyanın məndə ayrı bir yeri var. Aleksandr Bloku, Əli Kərimi oxumaqdan doymurdum.
Hər şair öz yolunu aça bilmir; elə adamlar var, bir şairin yolunu tutub gedir, amma qarşısına çıxan birinci döngədə çaşır.
Bir də var, öz yolunu açırsan. Özün kimi yazırsan. Yüyərəndə də özünsən, büdrəyəndə də.
Daha kiminsə yerişini yerimək istərkən, özgə çığırında ilişmirsən, yad döngədə döyükə-döyükə qalmırsan.