Kağız üzərində favorit görünürük Vaqif Sadıqov

29.09.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

Azərbaycan millisi növbəti oyununu oktyabrın 1-də Bakıda Lixtenşteynə qarşı keçirəcək.

Yığmanın sabiq baş məşqçisi Vaqif Sadıqovla əlaqə saxlayıb Lixtenşteynlə matçdan gözləntilərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Səfərdə vacib bir xal qazandıq. Uğurlu nəticəni davam etdirmək lazımdır. Millimiz digər matçlarda qalib gələrək qrup lideri ola bilər. Kağız üzərində favorit görünə bilərik. Lakin oyuna ciddi hazırlaşmaq lazımdır. Ehtiyatlı oynamalıyıq. Səhvlərə yol verməməliyik. Azarkeşlər önündə qələbə qazanmalıyıq. Litvada yığmamız yaxşı nəticə əldə etdi. Bu, lider olmaq üçün vacib amildir".

Əlisahib İbrahimli

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью