Kağız üzərində favorit Qarabağ dır Aslan Kərimov

04.08.2026

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

UEFA Avropa Liqasının II təsnifat mərhələsində ÇSKA-ya məğlub olan "Qarabağ" UEFA Konfrans Liqasında yoluna davam edəcək. "Köhlənlər"in 3-cü təsnifat mərhələsindəki rəqibi isə "Dinamo Kiyev"dir.

Ağdam təmsilçisinin və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb səfərdə oynanılacaq ilk matçla bağlı düşüncələrini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Dinamo Kiyev" daha çox gənc oyunçulardan ibarətdir. Dəyərləri çox yüksəkdir. Ukrayna futbolu və futbolçuları dünya bazarında çox tanınır. Təbii ki, kağız üzərində favorit "Qarabağ"dır. Hətta ukraynalı mütəxəssislər də "köhlənlər"in daha üstün olduğunu bildirir. Düşünürlər ki, "ağ-göylər" o gücdə və səviyyədə deyillər. Hər halda, bu onların fikridir, ancaq Ağdam təmsilçisi də hələ tam hazır deyil. Yeni oyunçular var və onlar da adaptasiya olmayıblar. Komandamız üçün Kiyev səddi elə də asan görünmür. Amma mən rəqibdən daha üstün oyun nümayiş etdirəcəyimizə inanıram. Qol imkanlarımız olacaq, lakin bu epizodları reallaşdıra biləcəklərinə tam əmin deyiləm. Ümid edək ki, həmin vəziyyətlərdən yararlana biləcəklər. Rəqibin PAOK-la oyununa baxdıqda görürük ki, geridən oyun quranda səhvlərə yol verirlər. Bu isə "Qarabağ" üçün boşluqlar deməkdir və bu şanslardan yararlanmaq lazımdır.

Qeyd edək ki, ilk görüş avqustun 6-da səfərdə baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Cavab matçı isə avqustun 13-də baş tutacaq.

Əlisahib İbrahimli

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью