Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransanın“Lion” klubunda illərdir davam edən maliyyə problemləri yeni qalmaqalla gündəmə gəlib.
İddialara görə, reallaşmayan transferlərə görə klubdan 100 milyon avroya (185 milyon AZN) yaxın vəsaitin geri qaytarılması tələb olunur.
İdman.Biz xəbər verir ki, “L’Equipe” nəşrinin məlumatına əsasən, daha əvvəl kluba rəhbərlik edən iş adamı Con Tekstorun sahibi olduğu şirkət “Botafogo” ilə birlikdə qeyri-şəffaf sxem qurub.
Sxemə görə, klublar futbolçuların transferi ilə bağlı sənədlər üzərində razılaşsalar da, bu keçidlər rəsmi qeydiyyata alınmayıb.
Məlumata görə, rəhbərlik investorları inandıraraq “gələcək satışlardan gəlir əldə olunacağı” vədi ilə əvvəlcədən vəsait cəlb edib.
Nəticədə pullar “Lion”un hesabına köçürülüb, lakin transferlər rəsmiləşdirilməyib və futbolçular “Botafogo”da qalıb.
Bu prosesdə adı ən çox hallanan oyunçular İqor Jezus və Luis Enrikedir. Sonda isə Fransaya real olaraq yalnız Tyaqo Almada transfer olunub.