Kahramanmaraş faciəsinin detalları üzə çıxdı

16.04.2026

Icma.az, Azvision saytına istinadən bildirir.

Şəhər Prokurorluğunun yaydığı məlumata görə, hadisə nəticəsində 1 müəllim və 8 şagird həyatını itirib. Bildirilib ki, hücum zamanı istifadə olunan silahlar hücumçunun polis baş müfəttişi olan atasına məxsus olub.
Açıqlamada qeyd olunur ki, hadisənin bütün təfərrüatlarının araşdırılması məqsədilə 3 baş prokuror müavini və 10 prokuror cəlb edilib.
Hücumçunun evində aparılan axtarış zamanı kompüterində əldə olunan rəqəmsal materialların araşdırılması nəticəsində məlum olub ki, o, bu cinayəti aprelin 11-də planlaşdırıbmış.
Röya Əliyeva
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью