Kahramanmaraşda “Azərbaycan” məhəlləsindəki mənzillərin ilkin sahibləri fevralın 6 da müəy…
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kahramanmaraş, 4 fevral, AZƏRTAC Kahramanmaraşda “Azərbaycan” məhəlləsində tikilmiş mənzillərin sahiblərinin ilk qrupu 2023-cü il fevralın 6-da baş vermiş dağıdıcı zəlzələnin ikinci ildönümündə püşkatma vasitəsilə müəyyən olunacaq.
Bu barədə AZƏRTAC-a Kahramanmaraş Böyük Şəhər bələdiyyəsinin sədri Fırat Görgel məlumat verib.O bildirib ki, Azərbaycan hökuməti xətti ilə yaşayış massivi ərazisində aparılan işlərə cavabdeh orqan Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyidir (MİDA).
Türkiyə tərəfdən isə layihənin icrasında Mənzil İnşaatı İdarəsi (TOKİ) iştirak edir: “Azərbaycan xalqına və Prezident İlham Əliyevə səmimi təşəkkürümüzü bildiririk.
Qardaş ölkənin dəstəyi ilə Kahramanmaraşda zəlzələ nəticəsində dağılmış ərazilər bərpa olunur”.
O qeyd edib ki, əyalət Azərbaycanla qədim tarixi bağlara malikdir.
Görgel xatırladıb ki, Türkiyədə baş vermiş dağıdıcı təbii fəlakətdən əvvəl şəhərin mərkəzi və ən canlı küçələrindən birinə “Azərbaycan” adı verilib.
“Kahramanmaraşda “Azərbaycan” məhəlləsi tək yaşayış binaları və ticarət meydanlarından ibarət deyil, burada həmçinin məktəb və mədəniyyət mərkəzi də inşa edilib.
Tam oxu
Xəbəri oxu