Kahramanmaraşda Prezidentlərin iştirakı ilə Azərbaycan Məhəlləsinin açılışı olacaq

10.06.2025

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

Bu ay Kahramanmaraşda Azərbaycanın bərpa etdiyi məhəllənin açılışı olacaq.

AZXEBER.COM xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün jurnalistlərə açıqlamasında deyib.

Səfir vurğulayıb ki, Türkiyə-Azərbaycan münasibətləri yüksək səviyyədə davam edir:

"Bu ay Kahramanmaraşda prezidentlərin iştirakı ilə Azərbaycan Məhəlləsinin açılışı nəzərdə tutulur. Ancaq dəqiq tarix hələ bəlli deyil”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью