Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
İki il öncə Türkiyənin Kahramanmaraş vilayətində baş verən dağıdıcı zəlzələ nəticəsində dörd azərbaycanlı gənc həyatını itirmişdi.
Oxu.Az xatırladır ki, Malatyada ali təhsil alan Şahin Vəliyev, Hümam İsmayıllı, Samir Quliyev və Gündüz Nəzərzadə dağdıcı zəlzələnin qurbanları sırasında yer alırdı.
Sözügedən hadisə 53 mindən çox insanın ölümünə səbəb olub, 107 mindən çox insan isə yaralanıb.
Zəlzələ qurbanlarını dərin hüznlə yad edirik.