Kainat gözəli 2024 müsabiqəsinin qalibi məlum oldu

17.11.2024

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Danimarka nümayəndəsi Viktoriya Kyer Telviq "Kainat gözəli 2024" müsabiqəsinin qalibi olub.

Oxu.Az NEWS.ru-ya istinadən xəbər verir ki, yarışma Meksikada baş tutub.

Sayca 73-cü Kainat gözəli müsabiqəsində dünyanın hər yerindən 120-dən çox xanım iştirak edib.

İlk beşliyə qalibdən əlavə Nigeriya, Meksika, Tailand və Venesuela təmsilçiləri daxil olublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью