Kainat gözəli tarixində ilk Bir ana qalib oldu

25.11.2026

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Kainat gözəli 2026" beynəlxalq gözəllik müsabiqəsinin qalibi bəlli olub.

Axşam.az xəbər verir ki, Puerto-Rikonu təmsil edən 27 yaşlı Cennifer Barreto rəqiblərini geridə qoyaraq birincilik qazanıb.

Müsabiqənin finalı ötən gecə San-Xuan şəhərində keçirilib. 75-ci dəfə təşkil olunan yarışmada 116 ölkədən nümayəndələr iştirak edib.

Cennifer finalda Dominikan Respublikası, Venesuela, Filippin və Yeni Zelandiya təmsilçiləri ilə mübarizə aparıb. Nəticədə o, əsas tacın sahibi olub.

Qeyd edək ki, Cennifer ailəli qadın və ana kimi bu titula sahib olan ilk iştirakçıdır. Onun Penelopa adlı 7 yaşlı bir qızı var. Puerto-Riko bu qələbə ilə tarixində altıncı dəfə müsabiqənin tacını qazanıb. Ölkənin sonuncu qələbəsi 2006-cı ildə qeydə alınmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью