Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Astronomlar İlan daşıyan bürcündə hazırda elmə məlum olan en gənc ekzoplaneti — Elias 2-24 b planetini aşkarlayıblar. NASA-nın verdiyi məlumata görə, Yerdən təxminən 450 işıq ili uzaqlıqda yerləşən bu səma cisminin yaşı 1 milyon ili keçmir.
Çilinin Dieqo Portales Universitetinin aspirantı Andrea Bernardinin başçılıq etdiyi komanda obyekti Havay adalarındakı Kək rəsədxanasının koronoqrafı vasitəsilə infraqırmızı diapazonda birbaşa lentə alıb. Yupiterlə eyni kütləyə malik olan bu nəhəng planet öz ulduzundan Günəşlə Yer arasındakı məsafədən 55 dəfə uzaq orbitdə fırlanır.
Kəşfin ən müəmmalı tərəfi planetin formalaşma sürətidir. Mövcud astrofiziki modellərə görə, Yupiter kütləsində bir cismin yaranması üçün ən azı 5 milyon il tələb olunur. The Astrophysical Journal Letters jurnalında dərc olunan tədqiqat planetlərin yaranması haqqında mövcud elmi nəzəriyyələrin ciddi boşluqlara malik olduğunu göstərir.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ