Kainatın nəhəng ulduz şəhəri

25.09.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

NASA sentyabrın 25-də - günün astronomiya görüntüsü olaraq "Omega Centauri" ulduz topasının heyrətamiz görüntüsünü təqdim edib. Təxminən 15 min işıq ili uzaqlıqda yerləşən bu nəhəng kosmik obyekt milyonlarla qədim ulduzu özündə birləşdirir.

"Omega Centauri" – həmçinin "NGC 5139" kimi tanınır – Süd Yolunun halosunda yerləşən təxminən 200 kürəvi ulduz topasının ən böyüyü və ən parlaqıdır. NASA-nın məlumatına görə, onun təxminən 150 işıq ili diametrindəki məkanında Günəşdən xeyli yaşlı 10 milyona yaxın ulduz toplanıb.

Alimlərin diqqətini çəkən əsas məqamlardan biri isə Omega Centauri-nin adi ulduz topalarından fərqlənməsidir. Burada müxtəlif yaş və kimyəvi tərkibə malik ulduz populyasiyaları müşahidə olunur. Bu xüsusiyyət onun vaxtilə Süd Yolu ilə birləşmiş daha kiçik qalaktikanın nüvəsi ola biləcəyi ehtimalını gündəmə gətirib.

NASA həmçinin qeyd edir ki, Hubble Kosmik Teleskopunun iyirmi ildən artıq davam edən müşahidələri "Omega Centauri"nin mərkəzinə yaxın ərazidə böyük kütləli qara dəliyin mövcudluğuna dair dəlillər ortaya qoyub.

Hazırladı:
Səadət Rzayeva
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью