Kaladze və Karyakin titullardan məhrum edildi

04.03.2025

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukraynanın Gənclər və İdman Nazirliyi bir sıra idmançıları və məşqçiləri müxtəlif titullardan məhrum edib. SİA xəbər verir ki, onların arasında qrossmeyster Sergey Karyakin də var. O, beynəlxalq dərəcəli idman ustası, Ukraynanın idman ustası və Ukraynanın əməkdar idman ustası titullarını itirib. Müvafiq əmri idarənin rəisi Matvey Bedny imzalayıb.

Həmçinin “Zenit” klubunun məşqçilər korpusundan, Ukrayna millisinin sabiq futbolçusu Anatoli Timoşuk , gürcüstanlı sabiq futbolçu Kaxa Kaladze , avarçəkmə üzrə Ukrayna çempionu Larisa Jalinska , karateçi Yevgeni Pilipyuk, onun həyat yoldaşı Darya Pilipyuk və başqaları müxtəlif idman titullarından məhrum edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью