Kalaşnikov Bakıda yeni avtomatlar təqdim edəcək

25.09.2026

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Rusiyanın "Kalaşnikov" konserni ilk dəfə olaraq Azərbaycanda ən yeni avtomatlarını və "Kub" ailəsinə aid sursatlarını nümayiş etdirəcək.

"AzPolitika" xəbər verir ki, bu barədə məlumatı konsernin mətbuat xidməti yayıb.

Məlumata görə, 2026-cı ilin 30 sentyabr - 2 oktyabr tarixlərində Bakı şəhərində baş tutacaq 6-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (ADEX 2026) 5.45 millimetrlik qısaldılmış "AK-12K" və kiçikölçülü "AK-12SK", həmçinin 7.62 millimetrlik qısaldılmış "AK-15K" və kiçikölçülü "AK-15SK" avtomatları sərgilənəcək.

Sözügedən tədbir çərçivəsində şirkət "Kub-2-E", "Kub-10E" və "Kub-10ME" sursatlarını da iştirakçılara təqdim edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью