Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Rusiyanın “Kalaşnikov” konserni Bakıda keçiriləcək ADEX 2026 beynəlxalq müdafiə sərgisində bir sıra yeni silah və hərbi texnologiyalarını ilk dəfə nümayiş etdirəcək.
"Bakupost" xəbər verir ki, sərgidə AK-12 və AK-15 avtomatlarının yeni versiyaları – qısaldılmış AK-12K və AK-15K, eləcə də kiçikölçülü AK-12SK və AK-15SK təqdim ediləcək.
Bundan başqa, konsern Azərbaycanda ilk dəfə “KUB” ailəsinə daxil olan yeni barraj edən sursatları – KUB-2-E, KUB-10E və ən yeni KUB-10ME modellərini nümayiş etdirməyi planlaşdırır.
Ekspozisiyada həmçinin Çukavin snayper tüfəngi, PPK-20 tapança-pulemyotu, pilotsuz sistemlər, taktiki təchizat və zirehli texnikanın dinamik müdafiə elementləri yer alacaq.
ADEX 2026 sentyabrın 30-dan oktyabrın 2-dək Bakı Ekspo Mərkəzində keçiriləcək. Rəsmi məlumata görə, bu, sayca 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisidir.