“Kalaşnikov” ən yeni avtomatlarını Bakıya gətirir

25.09.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Rusiyanın “Kalaşnikov” konserni ADEX 2026 sərgisində ilk dəfə AK ailəsinin ən yeni modellərini və “Kub” zərbə sursatlarını nümayiş etdirəcək.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, konsern 30 sentyabr - 2 oktyabr 2026-cı il tarixlərində Bakıda keçiriləcək 6-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində ilk dəfə 5,45 mm-lik qısaldılmış AK-12K və kiçik ölçülü AK-12SK, 7,62 mm-lik qısaldılmış AK-15K və kiçik ölçülü AK-15SK avtomatlarını təqdim edəcək. Həmçinin Azərbaycanda ilk dəfə olaraq “xüsusi hərbi əməliyyat” zonasında özünü yaxşı tərəfdən göstərmiş “Kub” idarəolunan kamikadze dronları - “Kub-2-E” və “Kub-10E”, eləcə də ən yeni “Kub-10ME” nümayiş olunacaq.

Ənənəvi döyüş atıcı silahları seqmentində “Kalaşnikov” 200-cü seriyadan olan 7,62 mm-lik AK avtomatlarını, 7,62 mm-lik “Çukavin” snayper tüfəngini, 9 mm-lik “Kalaşnikov” avtomatını, “Lebedev” tapançalarını və “Yarıgin” tapançasını sərgiləyəcək. PUA seqmentində “Kub” ailəsindən əlavə, “Rus-PE” idarəolunan sursatlı portativ kəşfiyyat-zərbə sistemi və mülki təyinatlı SKAT 350 M pilotsuz uçuş aparatı nümayiş etdiriləcək.

Bundan başqa, “Triada-TKO” şirkəti də ADEX-də ilk dəfə “Military Special” seriyasından taktiki geyimlər və “Strelok” döyüş təchizatı dəstinin hazırlanması üçün əsas olmuş MPC 1.0 modul daşıma sistemini təqdim edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью