“Kalaşnikov”dan İLK: Yeni raket kompleksi bu obyektləri qoruyacaq KONKRET

03.02.2025

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Kalaşnikov” ilk dəfə olaraq ən yeni qısamənzilli hava hücumundan müdafiəsistemini təqdim edəcək. Kompleks fevralın 17-dən 21-dək Abu Dabidə keçiriləcək “IDEX 2025” beynəlxalq sərgisində nümayiş etdiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə şirkətin saytında bildirilir.

Qeyd olunur ki, “Krona-E” hava hücumundan müdafiə raket kompleksi mühüm dövlət, eləcə də şəhər infrastrukturu və xüsusi əhəmiyyət kəsb edən obyektləri, onların saxlanma yerlərindəki xüsusi yükləri hava zərbələrindən qorumaq üçün nəzərdə tutulub.

Kompleksin əsas hədəfləri düşmənin orta səviyyəli PUA-larıdır.

Vəli Həsənoğlu,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью