Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kaliforniyanın baş prokuroru Rob Bonta Nvidia şirkəti ilə bağlı araşdırmaya başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Bildirilib ki, Rob Bonta şirkətin rəhbəri Censen Huangın istefasından sonra araşdırma təşəbbüsü ilə çıxış edib.
O, araşdırma çərçivəsində Kaliforniyanın Santa-Klara şəhərində yerləşən texnologiya nəhənginə məlumatların təqdim edilməsi ilə bağlı rəsmi sorğu göndərib.
“Biz, xüsusilə, Nvidia-nın qabaqcıl çiplərinin və ya məxfi məlumatlarının Çinə ötürülüb-ötürülmədiyini, eləcə də şirkətin investorları və ictimaiyyəti yanıldıb-yanıltmadığını araşdırırıq”, – Bonta bildirib.
Bizim.Media