Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kaliforniya qubernatoru Qevin Nyusom 2028-ci il ABŞ seçkilərində Demokrat Partiyasının prezidentliyə namizədi ola bilər.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın "The Washington Post" (WP) qəzeti məlumat verib.
Məqalədə vurğulanıb ki, 2028-ci ildə Demokratlar Partiyasından prezidentliyə namizəd olması ehtimal olunan Nyusom ABŞ prezidenti Donald Trampın İsveçrənin Davos şəhərindəki çıxışını tənqid edərək, onu "təəccüblü dərəcədə darıxdırıcı" adlandırıb.
2025-ci ilin oktyabr ayında Nyusom qarşıdan gələn seçkilərdə ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.
Qubernator əlavə edib ki, 2026-cı ilin noyabr ayında keçiriləcək ara seçkilərin nəticələrini gözləyir.
O, həmçinin özünü yeganə mümkün Demokrat namizəd kimi görmədiyini söyləyib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.