Kaliforniya qubernatoru Trampı məhkəməyə verir

09.06.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kaliforniya ştatı ABŞ Prezidenti Donald Trampı Los-Ancelesdəki etirazları yatırmaq üçün 2000 Milli Qvardiya əsgəri göndərmək qərarına görə məhkəməyə verəcək.

Oxu.Az RBC-yə istinadən xəbər verir ki, bu barədə Kaliforniya qubernatoru Qevin Nyusom bildirib.

"Donald Tramp məhz bunu istəyirdi. O, yanğınlar törədib və Milli Qvardiyanı federallaşdırmaq üçün qeyri-qanuni hərəkətlər edib. Onun imzaladığı sərəncam təkcə Kaliforniyaya şamil edilmir. Bu, ona hər ştata dair eyni hərəkəti etməyə imkan verəcək. Biz onu məhkəməyə veririk", - qubernator "X"də yazıb.

Kaliforniya qubernatoru ABŞ prezidentini iğtişaşlarla bağlı vəziyyəti daha da pisləşdirməkdə ittiham edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью