Kaliforniya ştatı ABŞ nin tərkibində qalacaqmı?

27.01.2025

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hurriyyet.az xəbər verir ki, Kaliforniya ştatı ABŞ-ın tərkibindən çıxa bilər.
Kaliforniyanın dövlət katibi Şirli Veber ştatın Birləşmiş Ştatların tərkibindən çıxması məsələsi ilə əlaqədar "Kaleksit" ("Calexit") referendumunun keçirilməsi təşəbbüsünə müsbət cavab verib. Britaniyanın Aİ-dən çıxması ilə nəticələnən "Breksit" ideyasından ilhamlanan təşəbbüs artıq ştatda və bütün ölkədə fəal müzakirələrə səbəb olub.
Referendumun dəstəklənməsi üçün imza toplanması artıq başlanıb. Səsvermənin 2028-ci ildə keçiriməsi nəzərdə tutulur. Qərarın qəbul edilməzi üçün seçicilərin azı 50%-isəsvermədə iştirak etməli, referendum iştirakçılarının da 55%-i Kalifornaiyanın müstəqilliyini dəstəkləməlidir. 
Hürr Tərcüman

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью