Kaliforniyada 80 mindən çox sakin təxliyə olundu VİDEO

09.01.2025

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhəri yaxınlığında baş vermiş güclü meşə yanğınları səbəbi ilə 4 partlayış baş verib.
Bizim.Media xəbər verir ki, güclü külək Pasadena, Pasifik Paliseyds və Silmar məhəllələri ətrafında yanğınları gücləndirib və 80 mindən çox sakini təhlükəsiz əraziyə təxliyəyə məcbur edib.
Los-Anceles bölgəsində baş verən yanğınlar nəticəsində ən azı iki nəfərin həlak olduğu bildirilir.
Meşə yanğınlarının daha da intensivləşəcəyinə dair xəbərdarlıq edilib. Yanğınlar indiyə kimi mindən çox tikilini məhv edib.
Los-Anceles şəhərinin Yanğından Mühafizə Xidmətinin rəisi Entoni Maronun açıqlamasına görə yanğınlar 20 kvadratkilometrdən çox ərazini əhatə edib və hələlik alovu nəzarət altına almaq mümkün olmayıb.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью